Xəbər lenti

Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan parlamentinin deputatları arasında qapalı görüş baş tutub.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Mətbuatdan gizli baş tutan görüşün üç saatdan çox davam etdiyi bildirilir.

Ermənistan mətbuatı yazır ki, qapalı görüşdə N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş də daxil olmaqla Münhen danışıqlarının nəticələrini təqdim edib.

O, danışıqlar prosesində xüsusi irəliləyişin olmadığını bildirib.

Hələlik qapalı görüşün digər detalları məlum deyil. Öz növbəsində Ermənistan mətbuatı və hakim partiya görüşlə bağlı hər hansı açıqlama yaymayıb.

Mənbə: “Joxovurd”




Ana səhifəyə qayıt        Baxış: 3 651          Tarix: 27-02-2024, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma