Xəbər lenti

İrəvanda Nor-Nork rayonunun polis şöbəsinin binasına silahlı şəxslər daxil olub.

Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Ermənistan xüsusi təyinatlıları hazırda binaya soxulmağa çalışır.

Ərazidə partlayış səsləri eşidilir.

***

Polis şöbəsində baş verın partlayış nəticəsində yaralıların olduğu bildirilir.

Erməni mətbuatının məlumatına görə, “Döyüş qardaşlığı” təşkilatının üzvləri bu gün həbs olunan yoldaşlarını xilas etmək üçün qumbara partladıblar.

***

İrəvanda polis idarəsinə hücumu 3 nəfər həyata keçirib, onlardan ikisi partlatdıqları qumbara nəticəsində yaralanıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qumbara ilə silahlanmış bir nəfər hələ də şöbədə qalır.

Qeyd edək ki, bu gün Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərinə qanunsuz olaraq girən 24 nəfər saxlanılmışdı. Onların “Döyüş qardaşlığı” qanunsuz təşkilatının üzvlərti olduğu bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 209          Tarix: 24-03-2024, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma