Xəbər lenti

Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası qapalı iclas keçirir. Böyük ehtimalla, iclasda Ermənistandakı vəziyyət müzakirə olunur.

Qeyd edək ki, mayın 13-də səhər saatlarından etibarən “Vətən uğrunda Tavuş” hərəkatının rəhbəri, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb.

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyasına qatılan nümayişçilərdən 151-i saxlanılıb.

Baqrat Qalstanyan isə saxlanılanların sayının 177 nəfər olduğunu bildirib.

Mənbə: Ermənistan KİV




Ana səhifəyə qayıt        Baxış: 3 074          Tarix: 13-05-2024, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma