Xəbər lenti

Ermənistan səfiri İsrail Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunur ki, buna səbəb Ermənistanın Fələstin dövlətini tanıdığını elan etməsi olub.

"Ermənistanın Fələstin dövlətini tanıması nəticəsində İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini şiddətli töhmət vermək üçün çağırıb", - bəyanatda bildirilir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 765          Tarix: 21-06-2024, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma