"İsrailə görünməmiş zərər vurmaqla hədələyən düşmənləri əvvəllər heç bir halda verilməmiş cavab gözləyə bilər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, İran və "Hizbullah" hərəkatına belə bir xəbərdarlıqla İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.
"İran və "Hizbullah"dan olan düşmənlərimiz bizə keçmişdə istifadə etmədikləri üsullarla zərər vurmaqla hədələyirlər. Bunu edən hər kəsi bizdən əvvəllər heç bir halda endirilməmiş zərbə gözləyə bilər" , - Qalant bildirib.
Qalantın sözlərinə görə, İsrailin əhəmiyyətli imkanları var.
"Ümid edirəm ki, bu anı düşünəcək və bizi əhəmiyyətli zərər vurmağa məcbur edəcək nöqtəyə çatdırmayacaqlar. Biz bunu istəmirik, amma hazır olmalıyıq" , - nazir əlavə edib.
Qeyd edək ki, İsrail və İran arasındakı gərginlik son illərdə artmaqdadır. İran rəsmiləri dəfələrlə İsraili məhv etmək hədələri səsləndiriblər.
Paylaş: