Xəbər lenti

Ermənistan oktyabrda Rusiyada keçiriləcək BRICS təşkilatının sammitində iştirak edəcək.

Oxu.Az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə bildirib.

"Bəli, Ermənistan tərəfi iştirak edəcək", - deyə o, jurnalistin sualına cavab verib.

Böyük sammit oktyabrın sonunda Kazanda keçiriləcək.

Daha əvvəl Rusiya rəsmiləri bildiriblər ki, sammitə MDB ölkələrinin liderləri dəvət olunublar. Sammitə təşkilata üzv olmayan bir sıra ölkələrin liderləri də gələcəklər. Tədbirdə Türkiyə prezidentinin iştirakı da təsdiqlənib.




Ana səhifəyə qayıt        Baxış: 2 793          Tarix: 4-09-2024, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma