Xəbər lenti

İranın xarici işlər naziri Abbas Əraqçı Livan rəsmiləri ilə görüşlər keçirmək üçün Livanın paytaxtı Beyruta səfər edib.

Oxu.Az xəbər verir ki, bu barədə İran XİN nümayəndəsi İsmail Bəqayi məlumat verib.

Məlumatda bildirilib ki, Abbas Əraqçı Livanın baş naziri və parlamentin spikeri ilə görüşəcək.

Qeyd olunur ki, tərəflər Livandakı son hadisələri və regional vəziyyəti müzakirə edəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 2 958          Tarix: 4-10-2024, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma