Xəbər lenti

İran rəsmiləri İsrailin ölkəyə qarşı həyata keçirdiyi son hava hücumuna cavab formasını müəyyən edəcək.

Musavat.com "Nour News"a istinadən xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei deyib.

"İsrail rejiminin iki gecə əvvəl törətdiyi cinayət nə şişirdilməli, nə də ki, kiçildilməlidir... İran xalqının gücünü və iradəsini İsrail rejiminə necə çatdırmağı dövlət məmurları qərar verməlidir. Bu, millətin və ölkənin maraqlarına uyğun olmalıdır," – deyə Xamenei qeyd edib.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. İran isə beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 3 242          Tarix: 27-10-2024, 20:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma