Xəbər lenti

Bu gün qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı yenidən etiraz aksiyaları başlayıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, etirazçılar yük maşını ilə darvazanı qıraraq parlamentin ərazisinə soxulublar.

***

Abxaziya “parlamenti” binasının yaxınlığında atışma səsləri eşidilir.

***

Suxumda etirazçılar Abxaziya prezidentinin administrasiyasına doğru irəliləyirlər.

***

Suxumdakı etiraz aksiyaları nəticəsində 8 nəfər yaralanıb.

Bu barədə Abxaziya "səhiyyə nazirliyi" məlumat yayıb.

***

Abxaziyada etirazçılar parlament binasının pəncələrindəki dəmir barmaqlıqları sındıraraq içəri daxil ola biliblər.




Ana səhifəyə qayıt        Baxış: 3 610          Tarix: 15-11-2024, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma