Xəbər lenti

Hizbullah İsraillə müharibədən zərər çəkmiş ailələrə artıq 50 milyon dollardan çox maliyyə yardımı edib.

Axar.az xəbər verir ki, bu sözləri Hizbullah baş katibi Naim Qasım deyib.

“Adambaşına 300-400 dollar məbləğində ödənişlər qeydiyyatdan keçmiş 233.500 ailənin hamısına paylansa, məbləğ 77 milyon dollardan çox olacaq. Hizbullah həmçinin müharibə zamanı evləri dağıdılanlara birdəfəlik 8000 dollar, Beyrutda və ya onun ətraflarında yaşayanlara bir illik kirayə haqqı üçün 6000 dollar, paytaxtdan kənarda yaşayanlara isə hələlik 4000 dollar ödəyəcək. Ödənişlər əsasən İran tərəfindən maliyyələşdiriləcək”, - Qasım bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 132          Tarix: 6-12-2024, 16:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma