Xəbər lenti

Tbilisidə aksiyalar zamanı radikal müxalifət ekstremist hərəkətlərə əl atıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Parlamentinin vitse-spikeri Nino Tsilosani bildirib.

“Ekstremizm odur ki, seçicilər sənin üçün səs verir, amma sən parlamentə daxil olmursan, seçkiləri udmursan, küçəyə çıxır və hamımızın gördüyü kimi alovlu müharibələr aparırsan. Ekstremizm odur ki, öz zərərli planlarında gəncləri və uşaqları qalxan kimi istifadə edirsən. Təəssüf ki, radikal və ekstremist müxalifətin vəziyyəti o yerə çatıb ki, onlar öz ölkələrinə qarşı çox zərərli üsullarla mübarizə aparırlar”, - vitse-spiker deyib.




Ana səhifəyə qayıt        Baxış: 2 687          Tarix: 7-12-2024, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma