Xəbər lenti

Avropa Parlamenti Gürcüstanda mövcud hakimiyyətin legitim tanınmamasına və boykot edilməsinə çağıran qətnamə qəbul edib, həmçinin Salome Zurabişvilini respublikanın "prezident"i kimi tanıyıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropa Parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Səsvermənin nəticələrinə görə, Gürcüstanla bağlı qətnamənin lehinə 400 səs verilib. 63 deputat əleyhinə olub, 81 deputat isə bitərəf qalıb.

Sənədin mətnində deputatlar Gürcüstanda keçirilən seçkilərdən sonra hakim "Gürcü Arzusu" partiyasının yaratdığı hakimiyyət orqanlarını tanımaqdan imtina ediblər. Eyni zamanda, Avropa Parlamenti Mixail Kavelaşvilini legitim dövlət başçısı hesab etməkdən imtina edib. Avropa Parlamentinin deputatları bəyan ediblər ki, Salome Zurabişvilini Gürcüstanın hazırkı "prezident"i kimi tanımağa davam edirlər.

"Avropa Parlamenti hakim "Gürcü Arzusu"nun Avropaya inteqrasiya və NATO-ya üzvlük yolundan döndüyünə görə dərin təəssüf hissi keçirsə də, gürcü xalqının legitim istəklərinə sarsılmaz dəstəyini bir daha təsdiqləyir", - deyə kommünikedə bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 637          Tarix: Dünən, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma