Xəbər lenti

"ABŞ İsrailin İranın nüvə obyektlərinə hücumunda şərik hesab olunacaq".

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçının BMT baş katibinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərinə ünvanladığı məktubda deyilir.

"İran İsraili istənilən tələsik addımlara qarşı xəbərdar edir və bəyan edir ki, onun tərəfindən istənilən təhdid və ya pozuntular qəti şəkildə cavablandırılacaq.

Biz həmçinin əminik ki, yəhudi dövlətinin İslam Respublikasının nüvə obyektlərinə hücumu halında ABŞ hökuməti bu hücumda şərik olacaq və buna görə hüquqi məsuliyyət daşıyacaq", - deyə məktubda bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 3 562          Tarix: 22-05-2025, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma