Xəbər lenti

İran Ali Rəhbəri Əli Xameneinin siyasi müşaviri və Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani İsrailin hücumları nəticəsində yaralanmasından sonra ilk dəfə görüntülənib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Kadr Tehranda İsrailin zərbələri nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirləri və nüvə alimləri ilə vida mərasimində çəkilib.

Məlumata görə, bu, Şamxaninin müharibənin ilk gecəsi İsrailin onun iqamətgahına raket hücumundan sonra ictimaiyyət qarşısına ilk çıxışıdır. Hücumdan sonra xəbərlərdə onun öldürüldüyü bildirilib, ancaq bir neçə saat sonra hökumətə yaxın mənbələr Şamxaninin yaralandığını açıqlayıblar.




Ana səhifəyə qayıt        Baxış: 3 045          Tarix: 28-06-2025, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma