Xəbər lenti

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın qərb əyaləti Həmədandakı əməkdaşları İsrailin Xarici Kəşfiyyat Xidməti (Mossad) ilə əlaqəli bir şəxsi saxlayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə FARS agentliyi SEPAH-ın Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayıb. Agentliyin vurğuladığına görə, məlumatların gələcəkdə xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 4 136          Tarix: 7-07-2025, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma