Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Paşinyan hakimiyyətinin ölkəni geoiqtisadi layihələrə qata biləcəyi təqdirdə, erməni faşizmini biznes alətinə çevirən mərkəzlər hər il bir neçə milyardlıq maliyyə qaynağından məhrum ola bilərlər; Bəzi erməni mənbələrinin iddialarına görə, xaricdə toplanmış ianələrin böyük bir hissəsi erməni diaspor rəhbərlərinin ciblərində “əriyib, yox olurmuş” və onların şəxsi biznesləri üçün sərmayə qaynağına çevrilirmiş...
Cənubi Qafqazda elə bir dövr arxada qalıb ki, kiminsə onun sona çatmasından təəssüflənəcəyi qətiyyən inandırıcı deyil. Çünki həmin dövrdə dağıdıcı faktorlar, qurucu amillərdən daha ön planda idi. Daha güclü təsir göstərirdi. Regional inkişaf perspektivlərinin reallığa çevrilməsini ciddi şəkildə əngəlləyirdi.Amma dağıdıcı regional faktorların hökm sürdüyü mərhələ kifayət qədər uzun çəkdi. Hər halda, 30 ilə yaxın bir müddətin o qədər də çox olmadığını iddia etmək mümkün deyil. Bu müddət ərzində Cənubi Qafqazın inkişaf perspektivləri “dondurulmuş” vəziyyətdə qaldı.
Təbii ki, bu inkişafdan məhrum dövrün əsas günahkarı məhz Ermənistan sayılır. Çünki bu qondarma dövlət əvvəlcə Azərbaycan ərazilərini işğal etdi. Sonrasa, 30 ilə yaxın bir nüddətdə, rəsmi İrəvanın xarici himayədarlarının sayəsində “ipə-sapa yatmaz” işğalçılıq siyasəti ilə bütün regionun iqtisadi inkişaf şanslarını məhdudlaşdırdı.
Məsələ ondadır ki, hər an silahlı toqquşmalara çevrilmə təhlükəsi vəd edən “münaqişə ocağı” xarici investorları ehtiyatlı davranmaq məcburiyyəyində buraxdı. Çünki “silah səsi” paranı, pulu qaçıran əsas faktorlardan biridir. Xarici investorlar da müharibənin yenidən alovlana biləcəyi bir bölgədə öz sərmayələrini təhlükəyə atmağa həvəsli deyildilər.
Əslində, tamamilə haqlı idilər. Çünki ötən ilin sentyabrında onları illərlə regiondan məsafə saxlamağa məcbur edən savaş yenidən alovlandı. Ancaq bu dəfə Cənubi Qafqazla bağlı inkişaf imkanlarını qapatmaq əvəzinə, yeni mərhələnin yolunu açdı.
Ermənistanın – “regionun şər qüvvəsi”nin məğlubiyyəti Cənubi Qafqaz üçün daha böyük inkişaf, sülh və əmin-amanlıq, sabitlik mərhələsinə keçidi təmin etdi. İndi Ermənistanın nə qədər dağıdıcı dövlət olduğu real faktlarla ortaya çıxdı. Bu dövlət işğal etdiyi ərazilərdə son 30 il ərzində daşı-daş üstünə qoymayıbmış, əksinə, qarşısına çıxan insan mədəniyyətinə bağlı hər şeyi dağıdıb, məhv edibmiş.
Ancaq artıq bütün bunlar arxada qalıb. İndi “regionun şər qüvvəsi”nin 30 il ərzində dağıtdıqlarını yenidən bərpa etmək, qurmaq, yaratmaq dövrüdür. Beynəlxalq investorların da tədricən regiona gəlişi üçün münbit şərait yaranıb. Və bu prosesin daha da asanlaşdırılması üçün məqsədyönlü addımlar da atılmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin son Moskva görüşü bu istiqamətdə müəyyən müsbət çağırışlara şərait yarada bilər. Çünki dövlət başçılarının 11 yanvar Moskva görüşündə əldə olunan anlaşmaya görə, baş nazir müavinləri səviyyəsində qurulmuş işçi qrupa regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, ticari-iqtisadi münasibətlərin yaradılması istiqamətində təklifərin hazırlanması həvalə olunub.
Onu da qeyd edək ki, bu, indi elə Ermənistan üçün ən sərfəli sosial-iqtisadi dirçəliş “pəncərə”si sayıla bilər. Çünki hazırda hərtərəfli blokada şəraitində olan Ermənistan bu “pəncərə” sayəsində öz gələcək mövcudluğunu xilas etmək şansı qazana bilər. Və bu baxımdan, nəqliyyat-kommunikasiya xətlərinin açılmasında indi Ermənistan digər region dövlətlərindən daha maraqlı olmalıdır.
Məsələ ondadır ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması regionun digər dövlətləri ilə yanaşı, Ermənistana da külli miqdarda maliyyə vəsaiti qazandıra bilər. Üstəlik, bu maliyyə vəsaitinin hətta Ermənistan iqtisadiyyatının onilliklər boyu qazana bildiyindən qat-qat artıq ola biləcəyi qətiyyən istisna edilmir.
Xüsusilə də, Naxçıvan dəhlizinin açılması Cənubi Qafqazı beynəlxalq yükdaşımalarda tranzit regiona çevirə bilər. Bu isə Ermənistanın da beynəlxalq layihələrdə yer almaq və tranzit ölkəyə çevrilmək şansı qazanması anlamına gəlir. Vaxtilə rəsmi İrəvanın işğalçılıq siyasəti ucbatından geoiqtisadi layihələrdən kənarda qalan Ermənistan indi öz mövcudluğu dövründə ilk dəfə real ticari-iqtisadi əlaqələrlə tanış olmaq imkanı qazanıb.
Əgər, rəsmi İrəvan bu şansı da əldən buraxarsa, artıq Ermənistanın dirçəliş və gələcək mövcudluq perspektivlərini də təhlükə altına atmış olacaq. Hər halda, rəsmi İrəvan üçün yenə də “oyundankənar vəziyyət”də qalma ehtimalı öz aktuallığını qoruyub, saxlamaqdadır. Və bu ehtimal həmişə olduğu kimi yenə də Ernmənistanın daxilindən qaynaqlanır.
Məsələ ondadır ki, Ermənistanda milli faşizim əh yüksək səviyyədədir. Paşinyan hakimiyyəti hələlik erməni faşizminin hərəkətverici istismar mərkəzləri ilə bacara biləcək siyasi-inzibati resurslara sahib deyil. Erməni faşizmini öz propoqanda alətinə çevirən mərkəzlər rəsmi İrəvanın geoiqtisadi layihələrə qatılmasına əngəl törətməyə çalışırlar.
Bu istiqamətdə əsasən Ermənistandakı daşnaklar, erməni terrorizmini bəsləyən qurumlar, eləcə də erməni diasporu daha çox fəallıq edir. Erməni diasporunun Ermənistana belə güclü təsirə malik olması, əslində, dövlət anlayışını zədələyir. Və Ermənistanın erməni diasporu tərəfindən “atılıb-tutulan oyuncaq” olduğunu göstərir.
Ümumiyyətlə, erməni faşizmini təbliğ edən mərkəzlər üçün “işğal siyasəti” sadəcə, biznes faktoru rolunu oynayır. Onlar Dağlıq Qarabağ münaqişəsi sayəsində artıq külli miqdarda para qazanmağa nail olublar. Bu münaqişəni bəhanə edib, xarici ölkələrdə yığılan milyardlarla dolların çox cüzi bir hissəsi Ermənistan sərhədlərindən içəri ötürülürdü.
Bəzi erməni mənbələrinin iddialarına görə, toplanmış həmin maliyyə vəsaitlərinin böyük bir hissəsi erməni diasporunun bəzi rəhbərlərinin şəxsi ciblərində əriyib, yox olurdu. Sonradan isə həmin paralar onların şəxsi biznesi üçün əsas maliyyə qaynağına çevrilirdi.
Təbii ki, indi regionda situasiya böyük sürətlə dəyişir. Ermənistanın geoiqtisadi layihələrə qatılaraq, yeni və erməni diasporindan kənar maliyyə qaynağı qazanmaq şansları yaranmaq üzrədir. Və bu, erməni faşizmini öz biznes alətinə çevirən diaspor rəhbərlərinə qətiyyən sərf etmir.
Belə anlaşılır ki, sadə ermənilərin onilliklərlə səcdə edib, ümid bəslədiyi erməni diasporunun liderləri əslində, Ermənistana düşmənçilik edirlərmiş. Çünki Ermənistan onlara şəxsi bizneslərinin inkişafında alətə çevirmək üçün lazımıymış. Ermənistanın dərin böhrana düçar olması, sadə ermənilərin dilənçi vəziyyətində yaşaması onlar üçün elə bir ciddi problem deyil. Əksinə, müəyyən mənada, sərfəlidir.
Onu da qeyd edək ki, erməni faşizm mərkəzlərinin propoqandasına və təxribatlarına baxmayaraq, Ermənistanda bu reallığı artıq tədricən anlamağa başlayanlar da olmamış deyil. Onlar imkan daxilində regionda bütün qpnşularla barışıq mərhələsini başlatmağa yönəlik çağırışlar etməyə başlayıblar.
Barışıq tərəfdarları hesab edirlər ki, revanşist çağırışları edənlər, əslində, ianə toplamaq bəhanəsi ilə hər il mənimsədikləri külli miqdarda maliyyə qaynağının əllərindən çıxacağından narahat olanlardır. Ona görə də, geopolitik proqmatizmə üstünlük verənlər, bütün təhdidlərə rəğmən Ermənistanın geoiqtisadi layihələrə qatılmasının alternativsiz yol olduğunu vurğulayırlar. Onlar əmindirlər ki, Ermənistanın xilası məhz bu layihələrə qatılmaq şansını vaxtında və doğru dəyərləndirməkdən keçir.
Göründüyü kimi, Ermənistanda daxili siyasi-ideoloji ziddiyyətlər üçün yeni səbəblər yaranmağa başlayıb. Bu baxımdan, Ermənistanın tamamilə sıradan çıxarılması üçün indi artıq kənar təsirlərə ehtiyac qalmayıb. Ermənilər elə özləri də Ermənistanı məhv etməyi bacara bilərlər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar