Xəbər lenti

 

Ovqat.com bildirir ki, AzPolitika.info-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyalarına baxmayaraq, Ankara İranla ticarət sövdələri bağlayacaq.

Məlumdur ki, Vaşinqton İranla bağlamış olduğu nüvə sazişini may ayında ləğv edib və İslam dövlətinə qarşı sanksiyaları geri qaytaracağı ilə hədələyir.

«Biz, İranla, Rusiya ilə və digərləri ilə ticarəti davam etdirəcəyik» – deyə, diplomat bildirib.

Çavuşoğlu qeyd edib ki, Türkiyə anti-İran sanksiyalarını o zaman dəstəkləyər ki, onlar yalnız BMT tərəfindən elan olunsun.

Bundan əvvəl, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəyan edib ki, Ağ Ev İrana qarşı sanksiyalardan yan keçmək üçün heç kimə imkan verməyəcək. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində, qeyd edib ki, ABŞ dünyanı ticarət mühəribəsinə çəkir.




Ana səhifəyə qayıt        Baxış: 466          Tarix: 28-09-2018, 00:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma