Xəbər lenti
Bu gün, 17:16
Bu gün, 16:13
Bu gün, 15:30
Bu gün, 14:57
Bu gün, 13:57
Bu gün, 11:09
Bu gün, 10:35
Bu gün, 09:41
Dünən, 21:48
Dünən, 17:26
15-01-2025, 23:34
Böyük Britaniyanın Müdafiə naziri Ben Vallase Rusiyanın hərəkətlərini ölkəsinin təhlükəsizliyi üçün bir nömrəli təhdid adlandırıb. "AzPolitika.info" xəbər verir ki, nazir "The Telegraph" qəzetinə müsahibəsində Rusiyanın mütəmadi olaraq İngiltərə sahillərinə hərbi gəmilər göndərdiyi deyib və Moskvanı birbaşa İngiltərəyə qarşı yönəlmiş bir sıra əməliyyatlarda günahlandırıb.
Nazir keçən il İrlandiya dənizində bir Rusiya sualtı qayığının göründüyünü vurğulayır və o, bunu ən azı son bir neçə ildə təsdiqlənmiş hadisə adlandırır. Nazir bu sualtı qayığdan əlavə 2020-ci ildə daha yeddi rus hərbi gəmisinin İngiltərə sahillərinə yaxınlaşdığını bildirir.
Qəzet qeyd edir ki, ümumiyyətlə Rusiya hərbi gəmiləri ya Şimal dənizində olur, ya La-Manş kanalından keçir. Bəzən onları İngiltərə gəmiləri müşayiət edir. Vallasə görə, Rusiya gəmiləri bütün sahil boyunca dolaşır: "Biz gərginliyi azaltmağa çalışmışıq, müxtəlif metodlardan istifadə etmişik, amma indi Rusiya yanaşmasını dəyişənə qədər bütün bunların nəyə gətirib çıxara biləcəyini təxmin etmək çətindir. Müasir Rusiya Solsberidə İngiltərə vətəndaşını "Noviçok" la zəhərlıyib öldürülməsinin məsuliyyətini daşıyır".
Söhbət əvvəllər Rusiya agentləri tərəfindən keçmiş GRU polkovniki Sergey Skripal və qızına qarşı istifadə edildiyi iddia edilən "Noviçok"-la zəhərlənərək 2018-ci ildə vəfat edən bir İngilis vətəndaşından gedir.
"İngiltərə hərbi potensialına görə lider dövlətlərdən biri olaraq dünya səhnəsinə qayıdır. Bu yaxınlarda İngiltərə Hərbi Dəniz Donanmasının təyyarə daşıyan Kraliça Elizabet gəmisi ilk hərəkətinə başlayıb" - deyə, nazir bildirib.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər