Xəbər lenti

Nikol Paşinyan baş nazir oldu. İrəvanda baş nazir təyin edildiyi ərəfədə Bakıda Orduya əmrin verilməsi diqqət çəkir.

Ermənistanda parlament iclasının getdiyi və Paşinyanın baş nazir təyin edildiyi saatlarda Azərbaycanda müdafiə naziri Zakir Həsənov generallarla müşavirə keçirirdi: Orduya Kəlbəcər istiqamətində törədilə biləcək təxribata hazır olmağı və onların qarşısının dərhal alınması əmri verildi.

Rəsmi Bakının İrəvanda baş verənlərdən və proseslərin mümkün inkişafından xəbəri var.

İndi Paşinyanın əsas işi hökuməti formalaşdırmaqdır və bu proses uzun çəkməyəcək. Hökuməti formalaşdırdıqdan sonra Nikolun Moskvaya səfər edəcəyi və Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi, sərhədin delimitasiyası və sərhəd müqaviləsinin müzakirə ediləcəyi gözləniləndir.

O da gözləniləndir ki, Moskvada qurulacaq mümkün masaya güclü şəkildə əyləşmək üçün Ermənistan hökumət formalaşdırılana qədər sərhəd boyunca təxribatları genişləndirəcək.

İrəvanın planlarını doğru oxuyan Bakı yeni və həlledici toqquşmaya hazırlaşır.

axar.az


Ana səhifəyə qayıt        Baxış: 3 105          Tarix: 2-08-2021, 21:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma