Xəbər lenti
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
Dünən, 09:48
21-12-2024, 23:25
21-12-2024, 22:54
21-12-2024, 21:47
21-12-2024, 20:21
21-12-2024, 20:00
21-12-2024, 18:09
21-12-2024, 17:21
21-12-2024, 17:00
21-12-2024, 14:22
21-12-2024, 13:41
21-12-2024, 12:35
Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin son iclasında Azərbaycanla ən yüksək səviyyədə danışıqlara hazır olduqlarını və “qonşularla normal münasibətlər qurmaq” istədiklərini bəyan etməsi erməni cəmiyyətində və siyasi təhlilçilər arasında birmənalı qarşılanmayıb. Baş nazirin bu açıqlamalarının nəyə hesablandığına dair müxtəlif səviyyələrdə müzakirələr aparılır.
“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia”-ya bu mövzuyla bağlı danışan politoloq Norayr Dunamalyan bildirib ki, Paşinyanın sülhsevər ritorikası kifayət qədər şübhəlidir və Ermənistanın hansısa güzəştlərə gedəcəyinin siqnalı sayıla bilər.
Digər əksər ekspertlər kimi Dunamalyan da hesab edir ki, Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sənəd imzalamağa hazırlaşır və bu sənəddə İrəvanın müəyyən güzəştlərə razılaşdığına dair şübhələr var. Politoloqun fikrincə,
Paşinyanın “Ermənistanın başqa ərazilər zəbt etmək və aqressiv fəaliyyətlərə yol vermək fikri yoxdur” ifadəsi də buna hesablanıb.
Bununla yanaşı qeyd olunur ki, Paşinyanın sülhsevər ritorikası ilə yeni müdafiə naziri Arşak Karapetyanın sərhəddə baş verənlərlə bağlı aqressiv fikirləri və təlimatları ziddiyyət təşkil edir. Lakin politoloqun fikrincə, bu “taktika” ilk dəfə deyil ki, müşahidə olunur: “Bizdə 3 ildir ki, eyni situasiya davam edir, Paşinyan münaqişənin həm Ermənistan, həm “Dağlıq Qarabağ”, həm də Azərbaycanı təmin edən həll variantının tapılmasının vacibliyini deyərkən, buna paralel olaraq, müdafiə naziri (sabiq nazir David Tonoyan nəzərdə tutulur-red.) “yeni ərazilər uğrunda yeni müharibə” deyirdi. Onlar “yaxşı polis və pis polis” rolu oynayırdılar.”
Ekspert hesab edir ki, səsləndirilən bəyanatlarla hazırda sərhəddə baş verənlər arasında ziddiyyət var. Bu isə demarkasiya ilə bağlı gizli proses getdiyinə dair şübhələr yaradır. Dunamalyan xüsusi qeyd edib ki, hakimiyyət demarkasiya ilə bağlı danışıqlar prosesinə dair cəmiyyətə heç bir məlumat vermir və bu da hazırlanan yeni sənədlə bağlı ermənilərdə ciddi narahatlıq yaradır: “Hakimiyyət cəmiyyətə heç nə demir və heç bir zəmanət yoxdur ki, nəticədə erməni cəmiyyətini şoka salacaq sənəd imzalanmayacaq”.
Politoloqun fikrincə, Paşinyanın ritorikası beynəlxalq birlik qarşısında Ermənistanın sülhsevər, demokratik imicinin yaradılmasına və bundan bəhrələnməyə hesablansa da, bu taktika uğur gətirmir, əksinə Ermənistanın zəifliyi kimi qəbul olunur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar