Xəbər lenti

Taliban terror təşkilatı sayılırmı? Axı o, dünənə qədər terror təşkilati idi, necə olur ki, indi, məsələn, Moskva ya da Ankara Taliban hökuməti ilə əlaqə quracağını deyir?

Axar.az xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bu suallara aydınlıq gətirərkən, hökumətə gələn istənilən qüvvənin artıq terror təşkilatı adlanmasının mümkün olmadığını deyib.

“Ola bilsin ki, o, avtoritar, zalım, insan hüquqlarını pozan, qeyri-demokratik olsun, amma hökumət olursa, yəni dövlətin başına keçirsə və bu da qısa müddətlik kimi görsənmirsə, onun statusu dəyişir. Hətta siz o hökuməti tanımasanız belə, yenə də artıq hansısa gizli terror təşkilatından danışmaq mümkün deyil”, - ekspert bildirib.

F.Mehdiyevin sözlərinə görə, terror təşkilatları gizli və adətən qeyri-formal olur, dövlət vasitələrindən və hakimiyyət gücündən istifadə etmir:

“Bu səbəblə Taliban təşkilatı artıq Taliban hökumətinə çevrilməklə avtomatik olaraq terror təşkilatı olmaqdan çıxır. İnsanları öldürməyə davam edirsə, bu aktların adı terror sayılmır, çünki gizli törətmirlər, özlərinin məhkəməsinə çıxarıb orda öldürürlər.

İşin digər tərəfi də ondan ibarətdir ki, Talibanı "əhliləşdirmək" üçün onunla əlaqələrin qurulması zəruridir. Ölkənin ətrafına dəmir pərdə çəkilsə, bu ancaq ordakı xalqın zülmünün artması ilə nəticələnəcək”.



Ana səhifəyə qayıt        Baxış: 2 800          Tarix: 30-08-2021, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma