Xəbər lenti

“Biz Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndiririk”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Dövlət başçısı deyib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesə başlamağa hazırdır: “Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.



Ana səhifəyə qayıt        Baxış: 4 996          Tarix: 26-11-2021, 19:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma