İran, sanksiyalara baxmayaraq, hərbi pilotsuz uçan aparatların işlənib hazırlanması və istehsalı sahəsində dayanıqlı tərəqqiyə nail olub və onların terrorçu rejimlərə verilməsini aktivləşdirib.
Bu barədə “Nyu-York Tayms”ın materialında söhbət açılır.
Yerusəlimdən olan müdafiə üzrə analitik və PUA-lar üzrə ekspert Set Furansmanın sözlərinə görə, İran PUA-ları bazarda digər modellərlə müqayisədə ucuzdurlar, amma təkmilləşdirilir və Yaxın Şərqin döyüş meydanlarında öz qiymətlərini təsdiqləyirlər. Dronların istehsalı ABŞ-ı və İsraili bərk narahat edir, souncu isə diqqəti PUA zavodlarına cəmləşdirib.
Hazırda İranın PUA-ları daha tez-tez dünya bazarının dolaylarında görünür, onları aşağı gəliri olan və ya sanksiyaaltı rejimlər alırlar. Həm də İranın güclü rəqibi var, xüsusilə Türkiyənin “Bayraktar”ı.
2020-ci ildə BMT İran tərəfindən silah satışı və alışına qoyulmuş embarqonu uzatmamaqla fatiki olaraq, Tehran üzərində olan ciddi hüquqi maneəni aradan qaldırıb.
İranın bundan fayda əldə etməsinin ilk əlamətləri 2020-ci ilin avqustunda Efiopiyadakı münaqişə zamanı özünü göstərib. O zaman «hava-yer» raketləri ilə silahlanmış “Mohajer-6” pilosuz uçağı diqqəti cəlb edib.
AzPolitika.info
Paylaş: