Xəbər lenti

Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya lideri Vladimir Putinlə tərəfdaşlığı uzun illər əvvələ gedib çıxır.

Musavat.com xəbər verir ki, Qərb mediası Lukaşenkonun Putinin ona illər əvvəl etdiyi yardımın əvəzini ödədiyini iddia edir.

Belə ki, Rusiya 2014-cü ildə Ukraynanı ilk dəfə işğal edəndə Lukaşenko olduqca neytral mövqe tutmuşdu. 2019-cu ildə isə Volodimir Zelenski prezident seçiləndə Aleksandr Lukaşenko Rusiyaya dost əlini uzatmış və iki ölkə arasındakı əlaqələri gücləndirmək istədiyini iddia etmişdi.

Lakin bu münasibətlər 2020-ci ilin avqustunda Belarusda başlayan kütləvi etirazlara qədər davam etdi. Belarusdakı mübahisəli seçkilərdən sonra minlərlə insan küçələrə çıxarkən Lukaşenkonun gözlədiyi dəstək Kremldən gəldi.

Putin sayəsində ölkəsindəki nümayişləri yatıran Lukaşenko o vaxtdan bəri Rusiya liderinin ən yaxın müttəfiqlərindən birinə çevrilib.




Ana səhifəyə qayıt        Baxış: 3 294          Tarix: 26-08-2022, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma