Xəbər lenti

Latviya hökuməti sentyabrın 9-dan Belarusla iqtisadi, elmi-texniki əməkdaşlığa dair razılaşmanı dayandırmaq haqqında qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Latviya Nazirlər Kabineti məlumat yayıb.

Latviya hökuməti Belarusun beynəlxalq hüquq normalarını pozduğu və Rusiyanın Ukraynada apardığı müharibəni dəstəklədiyi üçün bu qərarı qəbul etdiyini bildirib.

Belarusla Latviya hökumətləri arasında sənaye, maliyyə, nəqliyyat, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə 2004-cü ildə ikitərəfli razılaşma imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 3 204          Tarix: 6-09-2022, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma