Xəbər lenti

Rusiya və Ukrayna sülhü təşviq etmək üçün ilkin şərt olmadan dialoqu bərpa etməlidir.

 TASS xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi BMT Təhlükəsizlik Şurasının nazirlər səviyyəsində Ukrayna üzrə iclasında bildirib.

“Tərəflər üçün əsas prioritet ilkin şərt olmadan dialoqu bərpa etməkdir”, - çinli diplomat deyib.

O qeyd edib ki, münaqişə tərəfləri danışıqlarda əsaslı narahatlıqlarını müzakirə və həll üçün mümkün variantları təklif etməlidirlər ki, dialoq yekunda nəticə verə və sülhə gətirib çıxara bilsin.




Ana səhifəyə qayıt        Baxış: 2 955          Tarix: 22-09-2022, 21:21      


Paylaş:   

Prizma