Xəbər lenti

Almaniyanın xarici işlər naziri Annalena Burbok Rusiya prezidenti Vladimir Putinin nüvə silahından istifadə ilə bağlı təhdidlərini çox ciddi qəbul etdiyini bildirib.

Bu barədə “Report” “Neue Osnabrücker Zeitung” nəşrinə istinadən xəbər verir.

“Biz onun sözlərini çox ciddi qəbul edirik. Müharibənin 220 günündən artıq müddətdə Vladimir Putin dəfələrlə göstərdi ki, o, ən dəhşətli hərbi cinayətlərdən çəkinmir”, - Burbok bildirib.

Onun sözlərinə görə, Almaniya Ukraynaya dəstəyini davam etdirəcək:

“Əgər Rusiya bu müharibədə qalib gəlsə, yəni Ukraynanı məhv etsə, o zaman nəinki Avropa sülh nizamı bərbad olacaq, heç bir kiçik ölkə artıq təhlükəsiz olmayacaq”.




Ana səhifəyə qayıt        Baxış: 4 544          Tarix: 3-10-2022, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma