Xəbər lenti

NATO üzvü olan 15 Avropa ölkəsi ən yaxşı hava hücumundan müdafiə sisteminin yaradılması layihəsinə başlayıb.

Layihədə Almaniya, Böyük Britaniya, Slovakiya, Norveç, Latviya, Macarıstan, Bolqarıstan, Belçika, Çexiya, Finlandiya, Litva, Niderland, Rumıniya və Sloveniya iştirak edirlər.

Bu ölkələrin müdafiə nazirləri “Səma qalxanı” adlı Avropa təşəbbüsünə dair bəyannamə imzalayıblar. Bəyannamə NATO-nun Brüsseldə keçirilən iclası çərçivəsində imzalanıb.  

Layihə hazırda Avropanın qoruyucu qalxanındakı mövcud boşluqları bağlamağa kömək edəcək. Müəyyən məqamlarda problemlər mövcuddur. Məsələn, öz trayektoriyası üzrə yüksək hündürlüklərə çatan ballistik raketlərdən, həmçinin pilotsuz təyyarələrdən və qanadlı raketlərdən müdafiə ilə bağlı çatışmazlıqlar müşahidə olunur.

Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək niyyətindədir.

Mənbə: Yevropeyskaya pravda




Ana səhifəyə qayıt        Baxış: 3 095          Tarix: 13-10-2022, 17:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma