Xəbər lenti

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəş sistemindən 10 raket atıb.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.

“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəş sistemindən 10 raket atılması əmri verib” - məlumatda deyilir.

Qeyd edək ki, Şimali Koreya gəmisinin Sarı dənizdə iki ölkə arasındakı sərhəd xəttini keçməsindən sonra Cənubi Koreya ordusu bir neçə xəbərdarlıq atəşi açıb.




Ana səhifəyə qayıt        Baxış: 3 615          Tarix: 24-10-2022, 10:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma