Xəbər lenti

ABŞ mediası Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyənin Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərindən yazıb.

Amerika nəşrləri Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdən sonra Rusiyanın taxıl sazişinə qayıtdığını bildirirlər.

“Türkiyə son vaxtlar uğurlu diplomatik təşəbbüsləri ilə Rusiya və Ukraynanı sülh danışıqlarına başlamağa təşviq edir”, - məqalədə deyilir.

ABŞ-ın müstəqil xəbər radiosu NPR də Prezident Ərdoğanın səylərini işıqlandırıb. Radio Türkiyə liderinin bu sözlərinə yer verib: “Taxıl dəhlizini sülh dəhlizinə çevirə bilərik. Ən yaxşı yol dialoqla sülhə getməkdir”.

Xəbərdə Türkiyənin Rusiya ilə Ukrayna arasında incə tarazlıq qurduğu qeyd edilib.

Analitiklərin fikirlərinin yer aldığı xəbərdə NATO üzvü olan Türkiyənin anti-Rusiya tərəfdarı olmadan özünü Ukraynayönlü neytral oyunçu kimi göstərdiyi bildirilir.

Qeyd edilib ki, Ərdoğan həm Putin, həm də Ukrayna Prezidenti Vladimir Zelenskiylə yaxşı əlaqələrə malikdir.

“Ərdoğan bunu bacaran yeganə dünya liderlərindən biridir”, - radio deyir./Teleqraf.com




Ana səhifəyə qayıt        Baxış: 3 172          Tarix: 17-11-2022, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma