Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi bəlli olub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2023-cüilin yanvarın 1-dən Qazaxıstanın Rusiyadakı keçmiş səfiri İmanqali Tasmaqambetov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi olub. O, üç il müddətində təşkilatın baş katibi vəzifəsini icra edəcək.
Tasmaqambetov 2020-ci ildən bu vəzifədə çalışan Stanislav Zası əvəzləyib
İmanqali Tasmaqambetovun 65 yaşı var. 1993-1995-ci illərdə Qazaxıstan prezidentinin köməkçisi, daha sonra iki il baş nazirin müavini vəzifələrində çalışıb. 1997-1998-ci illərdə Prezident Administrasiyası rəhbərinin müavini, 1998-1999-cu illərdə dövlət başçısının birinci köməkçisi olub.
İmanqali Tasmaqambetov 2002-ci ildə Qazaxıstanın baş naziri, 2003-cü ildə isə dövlət katibi təyin edilib. Daha sonra Alma-ata (2004-2008) və Astana (2008-2014) şəhərlərinin hakimi (administrasiyasının rəhbəri) vəzifələrində çalışıb.
Paylaş: