Xəbər lenti

Hazırda təklif olunan sülh Ermənistan dövlətçiliyinin möhkəmlənməsinə gətirib çıxarmayacaq, ermənilərin firavanlığını və dinc həyatını təmin etməyəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin deputatı, revanşist siyasətçi Artur Xaçatryandır.

Onun sözlərinə görə, bunun nəticəsində Ermənistan sadəcə dünyanın siyasi xəritəsində adını saxlaya biləcək, lakin sivilizasiyadan kənarda qalacaq və beynəlxalq hüququn subyekti yox, obyektinə çevriləcək.

“Əsl sülh ancaq ordu və çevik diplomatiya ilə təmin oluna bilər”, - deyə revanşist deputat vurğulayıb.

“Diplomatik cəbhədə Ermənistan da uğursuzluğa düçar olur və bu səbəbdən ölkə beynəlxalq təcrid vəziyyətindədir. Bunu Azərbaycan və Ermənistanın son illərdə imzaladığı strateji sazişlərin sayını müqayisə edərək görmək olar. Bu cür müqayisələr heç də Ermənistanın xeyrinə deyil", - deyə o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 927          Tarix: 14-09-2023, 19:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma