Xəbər lenti

“Belarus ərazisində müasir şəraitdə müharibə olmayacaq”.

Bunu ölkə prezidenti Aleksandr Lukaşenko bildirib.

Onun sözlərinə görə, Belarus xalqı qonşu dövlətlərin işlərinə qarışmaq niyyətində olmayan, hər kəsə yalnız sülh və xeyir arzulayan “yer üzündə ən sülhsevər xalqdır”.

“Biz nə atom silahı, nə də “Vaqner”lə heç kimi təhdid etmirik”, - deyə Belarus lideri bəyan edib.

Eyni zamanda Lukaşenko vurğulayıb ki, Belarusa təcavüz olarsa, o, “heç bir qırmızı, sarı, qara və ya mavi xətlər çəkməyəcək”.

“Həmin xətt mövcuddur. Bu xətt dövlət sərhədidir”, - prezident qeyd edib.

Mənbə: gazeta.ru




Ana səhifəyə qayıt        Baxış: 2 875          Tarix: 17-09-2023, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma