Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır.
Bu barədə Rusiya XİN-in saytında məlumat verilib.
“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya XİN-in iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman yüklərindən ibarət partiyalar çatdırılıb. Biz maneəsiz və müntəzəm çatdırılmaların davam edəcəyini gözləyirik”, - məlumatda qeyd edilib.
Rusiya XİN rəsmi Bakı ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında dialoqun başlanmasına, eləcə də liderlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illərdə imzalanmış ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üzrə ritmik işin bərpasının tərəfdarıdır:
“Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”.
Paylaş: