Xəbər lenti

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana səfərə dəvət olunub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüşündə bildirilib.

Suriya xarici işlər naziri Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 001          Tarix: 29-12-2024, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma