Xəbər lenti

Rəsmi İrəvan Bakıdan sülh müqaviləsi layihəsi üzrə göndərilən növbəti təkliflərə cavab gözləyir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistan 1,5 ay əvvəl Azərbaycana sülh müqaviləsi layihəsi üzrə son təkliflərini göndərib və indi onun reaksiyasını gözləyir.

"Sazişin 17 bəndindən 15-i üzrə razılıq var. Biz əminik ki, Azərbaycan tərəfinə qarşılıqlı məqbul həllər təklif etmişik. Eyni zamanda yalnız sənədi imzalamağa və irəliləməyə deyil, mövcud problemlərin ən fundamental və tam həllini təmin etməyə imkan verəcək həllər tövsiyə olunub", - A.Mirzoyan bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 170          Tarix: Dünən, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma