Xəbər lenti

"Kreml hələlik Türkiyədə Ukrayna ilə danışıqlarda Moskvanı kimin təmsil edəcəyini açıqlamır. Lakin Rusiya nümayəndə heyəti 15 may tarixində mütləq orada olacaq və Kiyev nümayəndələrini gözləyəcək".

Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, Rusiya nümayəndə heyətinin tərkibinin artıq təqdim edilib-edilməyəcəyi ilə bağlı suala cavablandırıb.

"Xeyr, bu baxımdan heç nə dəyişməyib. Biz bunu prezidentdən müvafiq göstərişlər aldıqda edəcəyik. Hələlik belə göstərişlər olmayıb", - deyə Peskov vurğulayıb.

O, ölkə Prezidenti Vladimir Putinin 11 may gecəsi verdiyi bəyanatların öz aktuallığını qoruduğunu vurğulayıb.

"Rusiya nümayəndə heyəti Ukrayna nümayəndə heyətini sabah İstanbulda gözləyəcək", - deyə dövlət başçısının mətbuat katibi xatırladıb.




Ana səhifəyə qayıt        Baxış: 3 388          Tarix: 14-05-2025, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma