Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı Ukraynanı və onun Qərb müttəfiqlərini məyus edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib.

"Avropa liderləri ilə söhbətlərində Tramp ya qeyd-şərtsiz atəşkəs (Ukraynada), ya da təklifdən heç nə gəlmədiyi təqdirdə sanksiyaları nəzərdə tutan yanaşma ilə razılaşıb. Görünür, Putinlə söhbətindən sonra o bu fikrindən daşınıb. Ona 24 saatdan artıq davam edəcək heç bir şeyi etibar etmək olmaz. Deyəsən, Ukrayna onu, ümumiyyətlə, maraqlandırmır", - deyə adının açıqlanmasını istəməyən avropalı diplomat agentliyə bildirib.

Agentlik qeyd edir ki, eyni zamanda, Avropa Trampın fikrini yenidən dəyişməsini mümkün hesab edir.




Ana səhifəyə qayıt        Baxış: 3 048          Tarix: 21-05-2025, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma