Xəbər lenti

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Azərbaycana səfər etməyə hazırlaşır.

Bu barədə Oxu.Az "Dailytimes" nəşrinə istinadla xəbər verir.

Bildirilir ki, baş nazir Hindistanla artan gərginlik fonunda diplomatik əlaqələri gücləndirmək və dəstək qazanmaq məqsədilə gələn həftə Türkiyə, İran və Azərbaycana səfərə hazırlaşır.

O, Hindistanla davam edən qarşıdurma zamanı göstərdikləri dəstəyə görə minnətdarlığını bildirmək üçün bu ölkələrin yüksəksəviyyəli liderləri ilə görüşəcək.




Ana səhifəyə qayıt        Baxış: 4 069          Tarix: 22-05-2025, 20:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma