Xəbər lenti

İranın Ali Rəhbəri Əli Xamenei İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib.

Oxu.Az xəbər verir ki, Ə.Xamenei "X" hesabında paylaşım edib.

"Heydər adına döyüş başlayır. Əli Zülfüqar qılıncı ilə Xeybərə qayıdır", - Ə.Xamenei qeyd edib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edib. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatının başladığını elan edib və İsrailə raket zərbələri endirib.




Ana səhifəyə qayıt        Baxış: 3 625          Tarix: 18-06-2025, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma