Kristian Çesno
“Al-Arabiya” (Səudiyyə Ərəbistanı)
Dönüb 2017-ci ilə boylandıqda, Yaxın Şərqdə baş verən ən mühüm hadisə İŞİD üzərində hərbi qələbədir.
Suriya-İraq sərhədində bəzi alınmaz İŞİD qalaları qalsa da və "xəlifə" Əbubəkr əl-Bağdadi, Səddam Hüseyn kimi, hələ də axtarışda olsa da, onun aqibətini necə qarşılayacağından asılı olmayaraq, üç illik qaranlıq mərhələ sona çox yaxındır.
Tarixi miqyasında bu zaman kəsimi yalnız bir saniyə sayıla bilər, ancaq bəşəri səviyyədə o, təxminən əbədiyyət qədər davam etdi.
Kölgələrin yeni müharibəsi
Hansı dini icmadan olmasına baxmayaraq, kabus yaşamış yerli xalqlar üçün “Xilafətin sonu” böyük rahatlıqdır. Milad bayramını qeyd edən Mosulun xaçpərəstləri – hərgah bu günü görmək üçün sağ qalanlar çox azdır, – ümidlidirlər, bayram müsbət nişanədir.
İraq xaldeylərinin patriarxı Lui Sakonun sözlərinə görə, bəzi kilsələr gənc müsəlmanlar tərəfindən bərpa olunub. İraq və Mosul, yeni bir Eden kimi, bu qardaşlıq ruhunda yenidən qurula bilər.
2018-ci ildə, cihadçı təşkilat gizli hücumlar həyata keçirməyə qabil olsa belə, tarixin İŞİD fəsli qapandı. Bu gün məsələ artıq hərbi əhəmiyyət daşımır, lakin kölgə müharibəsi kəşfiyyat xidmətlərinin marağında olduğundan bu, təhlükəsizlik məsələsinə çevrilib.
Siyasi müstəvidə İŞİD, Sayks-Piko sərhədlərini silə bilməyib, Suriya və İraqın ərazi hüdudları sabit qalıb, çünki heç kim onları yenidən düzəltməyi düşünmür. Kürdüstandakı referendum fiaskosu bu həqiqəti təsdiqlədi. Kürdlər əyalət muxtariyyətindən istifadə edə bilsə də, İraqda deyil, Suriyada də tətbiq olunan bu prinsipə baxmayaraq, milli çərçivə xaricində heç bir gələcəkləri yoxdur.
Siyasət naminə hərb
Bununla yanaşı, 2018-ci ildə həll olunacaq vacib məsələ İŞİD sonrası Suriya və İraqın necə idarə ediləcəyidir?
Siyasət cəbhəsində böyük manevrlər artıq başlayıb; yanvarın sonunda Qara dəniz sahilindəki Soçi şəhərində ilk görüş keçirilib.
Rusiya prezidenti Vladimir Putin “Suriya Xalqları Konqresi” çağırıb. Suriyadakı böhranın həllinin indi Kremlin əlində olduğuna artıq heç kim şübhə etmir. Ancaq Soçidə ruslar çıxmazlığı pozmaq üçün dinamika yarada biləcəkmi?
Moskva üçün bu, etibarlılıq testidir.
Hərbi müvəffəqiyyəti diplomatik uğura çevirmək üçün ruslar BMT, avropalılar və amerikalıların xeyir-duasına ehtiyac duyurlar. Bəzi ekspertlər Suriyanın yenidən qurulmasının 400 milyard dollara başa gələcəyini təxmin edirlər. Bu, uzun müddət davam edəcək, çünki böhranın nə vaxt bitəcəyinə dair heç bir beynəlxalq konsensus yoxdur.
Hər halda, Suriya müxalifətinə ciddi zəmanət verilməlidir ki, qərblilərin irəliləyişə inanması mümkün olsun. Bəşər Əsəd iqtidarda qalsa da, vəziyyət 2011-ci ilin martından əvvəlki duruma qayıda bilməz, çünki bu, Suriya müxalifətinin qanuniliyini ləğv edəcək. Ruslar bu həqiqəti yaxşı bilirlər.
İraq da siyasi testdən keçməlidir. Qanunvericilik və yerli idarəçilik orqanlarına seçkilər 2018-ci il may ayına planlaşdırılır. “Haşd əl-Şəabi” milisi (“Xalq Səfərbərlik Qüvvələri”) buraxılarsa, hakimiyyətin sabitliyi bərqərar olacaq.
Bu ölkə üçün Nuri əl-Maliki dövründə zirvəyə çatan məzhəbçiliyə qayıtmaqdan daha pis şey yoxdur.
Beynəlxalq səviyyədə, baş nazir Heydər İbadi hörmətli şəxs və balanslı mövqeyi ilə tanınır. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı Bağdada yeni səfirini akkreditə edib.
2018-ci ilin yazında keçiriləcək seçkilər İbadi və İraqın gələcəyi üçün çox vacibdir. Çünki İŞİD-lə mübarizə aparıldıqdan sonra “Haşd əl-Şəabi” milisi parlament payına iddia etmək niyyətindədir.
Qısası, hərbi müharibədən sonra, 2018-ci ildə keçiriləcək siyasi müharibə İraqda və Suriyada uzun və acınacaqlı ola bilər.
Tərcümə: Strateq.az
Paylaş: