Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkibində gələcəyi ilə bağlı danışıqlar aparır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 2-də erməni müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan deyib.

Deputatın sözlərinə görə, bu barədə ona yüksək səviyyəli avropalı siyasətçi məlumat verib.

“Onun adını açıqlamayacam. Bunu o, erməni deputatlarla görüşlərin birində düz mənim gözlərimin içinə baxaraq bildirdi. Həmin siyasətçi mənə Nikol Paşinyanın Dağlıq Qarabağın “öz müqəddəratını təyin etməsi” məsələsindən çoxdan vaz keçdiyini və danışıqlar prosesinin bütün məntiqinin Qarabağın Azərbaycanın tərkib hissəsi olması üzərində qurulduğunu söylədi”, - deyə müxalifətçi bildirib.

Mamicanyanın sözlərinə görə, bu siyasətçinin proseslərə müəyyən təsiri var və kifayət qədər ciddi yol keçib. “Əgər kimsə mənim sözlərimi təkzib etməyə çalışsa, mən konkret adlar çəkməyə məcbur olacağam”, – deyə erməni müxalfətçi danışıb.




Ana səhifəyə qayıt        Baxış: 3 754          Tarix: 2-03-2023, 15:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma