Xəbər lenti

Ermənistana və erməni xalqına sülh lazımdır, sülhdən başqa heç nə lzım deyil. Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar sənəd mübadiləsi ilə yanaşı, onlayn diplomatiya formatına da keçib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 2-də parlamentdə keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Lilit Minasyan deyib.

Erməni deputatın sözlərinə görə, Azərbaycan əvvəllər sülh müqaviləsi ilə bağlı təkliflərini Ermənistana təqdim edib, sonradan bu təkliflər öyrənildikdən sonra rəsmi İrəvanın irəli sürdüyü qarşı təkliflərlə Azərbaycan tərəfinə yönləndirilib.

Lilit Minasyanın bildirdiyinə əsasən, onlayn diplomatiyadan istifadə danışıqlar prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Lakin o yenə də Bakı ilə Xankəndi (Qarabağdakı erməni icması-red.) arasında beynəlxalq danışıqlar mexanizminin formatından danışıb. Burada erməni siyasətçi ənənəvi xislətindən geri qalmayıb və bir daha Azərbaycanın ərazi bütövülüyünə hörmətsizliyi göstərən sözlər sərf edib: “Bunun sayəsində “Dağlıq Qarabağ və Ermənistan xalqları” öz hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün birləşə biləcəklər”, - deyə, erməni deputat bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 512          Tarix: 2-03-2023, 19:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma