Xəbər lenti

Zəlzələlərdən sonra Türkiyənin yenidən qurulması üçün böyük maliyyə xərcləri və insan resursları lazımdır. Ona görə də Ankara yaxın vaxtlarda hava qüvvələri üçün döyüş təyyarələri almayacaq.

Axar.az xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Görünən odur ki, hələlik maliyyə məhdudiyyətinə görə Türkiyə ehtiyatda olan təyyarələrlə kifayətlənəcək”, - o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti yanında təhlükəsizlik və xarici siyasət şurasının üzvü Çağrı Ərhan Ankaranın Amerikadan F-16-lar almaqdan imtina edə biləcəyini vurğulayıb. O deyib ki, alternativ olaraq Çin və ya Rusiya döyüş təyyarələri nəzərdən keçirilə bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 247          Tarix: 6-03-2023, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma