“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvana hansısa şəkildə borclu olmasını düşünmək yanlış və əsassızdır”.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fyodorov bildirib.
Onun sözlərinə görə, KTMT Ermənistana müqavilələrdən və istehsalçıların imkanlarından kənar silah tədarük etməməlidir.
“Güman ki, Ermənistan bu təşkilata minnətdar olmalıdır. Axı KTMT olmasaydı, Ermənistan çoxdan Türkiyənin tərkibində olardı”, - deyə Fyodorov qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirmişdi ki, İrəvan KTMT-dən müşahidəçi missiyasının göndərilməsini deyil, öz sərhədlərinin qorunmasına köməklik etməsini gözləyir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NEWS.ru-nun sualını cavablandırarkən bildirib ki, KTMT Ermənistana müşahidə missiyası göndərməyə hazırdır. Onun sözlərinə görə, təşkilat Ermənistan hakimiyyətinin reaksiyasını gözləyir, çünki “top İrəvanın tərəfindədir”.
Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan vurğulayıb ki, İrəvan heç vaxt KTMT missiyasının sərhədyanı rayonlarda yerləşdirilməsindən imtina etməyib. Onun sözlərinə görə, Ermənistan KTMT-nin məsuliyyət sahəsi üzrə razılığa gəlməkdə çətinlik çəkib, lakin bu istiqamətdə işlər davam etdirilib.
Mənbə: NEWS.ru
Paylaş: