Xəbər lenti
Dünən, 19:25

“Ermənistan hökümətinin “Ermənistan kəsişməsi” layihəsinin təqdim olunması yenə də vaxtı uzatmaq və müxtəlif adlar altında öhdəlikləri yerinə yetirməmək 

məqsədini daşıyır”.

Musavat.com bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Ermənistan hökumətinin Zəngəzur dəhlizi əvəzinə, “Ermənistan kəsişməsi” kimi qondarma adı dövriyəyə buraxmasına reaksiyasında bildirib.

Ekspert xatırladıb ki, ötən müddətdə də xam xəyallar, absurd təşəbbüslər dövriyəyə buraxılıb: “Bu yaxınlara kimi rəsmi İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası ilə əlaqənin formalaşmasına dair kommunikasiya planına görə, biz Ermənistan ərazisini dövr etməli idik: “Rəsmi İrəvan “Ermənistan kəsişməsi” layihəsi ilə də öz cəlbediciliyini maksimum dərəcədə baha satmaq və region oyunçuları ilə yanaşı, beynəlxalq miqyasda maraqlı gücləri regiona cəlb etmək niyyəti güdür. Rusiya, İran və Çin ilə birlikdə, həm də Avropa İttifaqı və ABŞ-ı da prosesə daxil etmək niyyəti bəri başdan məlumdur ki, iflasa uğrayacaq və Paşinyan öz hakimiyyətinin müddətini uzadacaq”.

İ.Hüseynov İrəvanın zamanı uzatmaq niyyətində olduğunu təsdiqlədi: “Bu yolla heç şübhəsiz, bədnam ATƏT-in Minsk Qrupu kimi mənasız danışıqlar və məzmunsuz müzakirələr keçiriləcək. “Ermənistan kəsişməsi” kimi utopik adlar fikirləşmək əvəzinə, xəyallarda yaşamaq yerinə, regionun inkişafı və sülhün möhkəmləndirilməsi naminə konkret addımlar atsalar, daha faydalı olar”.




Ana səhifəyə qayıt        Baxış: 2 901          Tarix: 20-04-2023, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma