Xəbər lenti

Makron öz boyundan yuxarı tullanır: Rusiyaya qarşı hansısa iddialar irəli sürməyə çalışır, Rusiyanı öz həyati maraqlar zonasından, o cümlədən Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq üçün fəal işləyir. Ona görə də bu gün Parisin göstərdiyi bütün “səylər” Cənubi Qafqazda sülh, əmin-amanlıq, kommunikasiyaların açılması və iqtisadi tərəqqi istəyən ölkələrə açıq düşmənçilik xarakteri daşıyır.

Axar.az xəbər verir ki, bu fikirləri “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko paylaşıb.

“Paris erməni kartından istifadə edir. Bütün bunların fonunda mən öz təsir vasitələri, lobbiçilik fəaliyyəti ilə Cənubi Qafqazda vəziyyəti destabilizasiya etmək üçün əsas alət olan beynəlxalq erməni diasporunun mütləq siyasi məsuliyyətsizliyini qeyd etməyə bilmərəm. Mahnı aydındır: resurslar var, pul var, siyasi iradə var. Yaxşı, əslində kim pul verirsə, musiqini də o sifariş edir. Bu halda bir daha deyə bilərik: Makron Fransanın əsl prezidenti olmaqdan çox uzaqdır”, - Korotçenko bildirib.

Ekspertin sözlərinə görə, səlahiyyət müddəti başa çatdıqdan sonra o, Fransadakı erməni diasporunun maraqlarının əsas sözçüsü roluna asanlıqla iddia edə bilər:

“Düşünürəm ki, burada korrupsiya ilə bağlı problemlər də var. Məlumdur ki, fransız siyasətçiləri korrupsionerdirlər. Fransa liderlərinin mühakimə olunduğu hallar var. Ona görə də yeni Fransa prezidentinin dövründə Makrona korrupsiya ittihamının irəli sürülə biləcəyini istisna etmirəm. Ola bilsin ki, o, Sarkozinin taleyini təkrarlayacaq və həm də Fransadakı erməni diasporasının maraqlarını ifadə etmək üçün pul aldığına görə real olaraq daha uzun müddət həbsdə oturacaq”.




Ana səhifəyə qayıt        Baxış: 3 702          Tarix: 17-06-2023, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma