Xəbər lenti

“Ermənilərin Qarabağda qondarma “humanitar böhran” ilə bağlı bəyanatları tamamilə sünidir və siyasiləşdirilib”.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi humanitar yüklərin tədarükü və çatdırılmasını təmin etmək üçün Ağdam-Xankəndi yolunu təklif edib:

“Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə keçirilən danışıqlarda bu təklif bəyənilib. Üstəlik, Qarabağ erməniləri ilə Azərbaycanın rəsmi hakimiyyət orqanlarının nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılıb. Lakin separatçılar İrəvanın dəstəyi ilə əldə olunan bütün razılaşmaları ləğv edib və pozublar. Bundan əlavə, Laçın yolunun açılmasını tələb edən və faktiki olaraq ultimatum irəli sürən separatçılar Ağdam-Xankəndi avtomobil yoluna beton bloklar düzərək bu yolboyu yüklərin daşınması imkanını tamamilə əngəlləyiblər”.

Politoloqun fikrincə, Ermənistanın Laçın yolundakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etməsi İrəvanın özünü qurban kimi göstərmək cəhdlərinə dəlalət edir və bu, heç nəyə gətirib çıxarmayacaq:

“Yalnız Azərbaycan tərəfinin irəli sürdüyü və Moskvada üçtərəfli görüşdə nəzərdən keçirilən təkliflər mövcud vəziyyətə real alternativ ola bilər”.

“Ermənistanın bu siyasi tamaşanı oynamaq cəhdləri uğursuzluğa məhkumdur, beynəlxalq erməni lobbisinin heç bir səyi bu vəziyyəti dəyişə bilməz”, - İ.Korotçenko sonda vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 600          Tarix: 16-08-2023, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma