Xəbər lenti

“Roma Statutunu ratifikasiya etdikdən sonra Ermənistan suverenliyini itirmək təhlükəsi ilə üzləşib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, Ermənistanın Roma Statutunu ratifikasiyası qəbuledilməzdir və bu, Rusiyaya qarşı açıq təhqirdir:

“İrəvan anlamalıdır ki, məhz suverenliyini itirmək istiqamətində addımlar atır. Rusiya olmadan Ermənistan mövcud olmayacaq. Bu ölkəyə yalnız Rusiya kömək edə bilər”.

Ekspert vurğulayıb ki, Bakı Moskvanın Cənubi Qafqazda əsas müttəfiqidir:

“Rusiyanın bu regionda müttəfiqi var. İndi aydın olur ki, bu ölkə Azərbaycandır. Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə birlikdə Qarabağda erməni mülki əhalinin təhlükəsizliyini təmin edir”.

Y.Mixaylov əlavə edib ki, İrəvan nəticə çıxarmalı və təxribatla məşğul olmamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 158          Tarix: 4-10-2023, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma