Xəbər lenti
  
Azərbaycan Milli Hərəkat fəalları erməni Daşnaksütyun ideologiya xətti tərəfdarlarının Tehranda uydurma erməni soyqırımı ilə əlaqədar keçirmək istədikləri etiraz aksiyası barədə xəbərdarlıq ediblər.
Ovqat.com xəbər verir ki, bu məlumatı Günaz.TV yayıb.
Məlumata görə, fəalların aprelin 24-də keçirilməsi gözlənilən aksiya ilə əlaqədar yaydıqları bəyanatda bildirilir:
“Müşahidələrə görə, Daşnaksütyun partiyasının lobbisi, Ararat Gənclər Birliyi, Tehran Ararat İdman və Mədəniyyət Klubu, Müqəddəs Sarkis Kilsəsi və Ermənistanın Tehrandakı Səfirliyi,  Daxili İşlər Nazirliyinə məktub göndərərək uydurma erməni soyqırımı ilə əlaqədar aprelin 24-də Tehranda etiraz aksiyası keçirmək üçün icazə istəyiblər. İran dövləti ötən illərdə 40 milyon Azərbaycan türkünün gözü qarşısında onların yalançı iddialarının təkrar edilməsinə şərait yaratmışdır. Lakin ötən il erməni lobbisinə belə bir icazə verilmədi və onlar sadəcə Tehranda Müqəddəs Sarkis Kilsəsində Türkiyə və türk dünyasına qarşı şüarlar səsləndirdilər.
Güney Azərbaycan türk milləti heç bir irq, məzhəb və dinlə düşmənçilik etmir və Azərbaycan Milli Hərəkatının ideyaları sülh prinsipi və demokratik üsullara söykənir. Lakin Azərbaycan və türk dünyası əleyhinə saxta tarix quraşdırmaq heç bir şəkildə qəbul edilə bilməz. Ermənistan ordususunun Dağlıq Qarabağdakı cinayətləri, Daşnaksütyun partiyası və ciloların Urmiyə, Xoy və Salmasda törətdikləri faciə bir acı xatirə kimi hələ də yaddaşlardan silinməyib. Belə bir vəziyyətdə onların islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi təmami ilə qəbuledilməzdir”.
Sonda azərbaycanlı fəallar vurğulayıb ki, ölkədə seçkilər ərəfəsində Daşnaksütyun partiyası tərəfdarlarının Türkiyə səfirliyi qarşısında aksiya keçirməsi İslam Cümhuriyyəti üçün bir qara ləkə olmaqla yanaşı Azərbaycan türk millətinin kəskin etirazına səbəb olacaq. Təbii ki, bu hadisə seçkilər dönəmində Təbriz, Tehran və Urmiyə kimi şəhərlərin təhlükəsizlik vəziyyətinə də öz təsirini göstərəcək.



Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 24-04-2017, 00:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent